ADAU haqqında

13.02.10

1920-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaradılan kənd təsərrüfatı fakültəsi müstəqil Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun əsası olub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli (protokol №10, b 35) qərarı ilə yaradılmış Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Gəncə şəhərinə köçürülmüşdür. Respublikamızda kənd təsərrüfatının elmi əsaslarla inkişafının və milli kadrlar hazırlığının təməli o vaxtlar Qafqaza sürgün edilmiş V.P. Smirnov-Loginov başda olmaqla İ.V. Fiqurovski, A.A.Qrossheym V.V. Akimtsev, İ.İ. Kalugin, D.V. İvanov, A.A.Mixaylov, N.İ.Malov, P.E.Qebennikov və başqaları tərəfindən qoyulmuşdur. Sonralar milli kadrların yetişməsində uğurlar əldə edilmiş, institutun yetirmələri - akademiklər Həsən Əliyev, Firuz Məlikov, Ağaxan Ağabəyli, Validə Tutayuq, İmam Mustafayev, İlyas Abdullayev, Məmmədtağı Qəniyev, Müzəffər Abutalıbov, Cəbrayıl Hüseynov, Ələkbər Quliyev, Vahid Hacıyev, Musa Musayev, Siddiqə Məmmədova, Məmmədtağı Cəfərov, EA-nın müxbir üzvləri Rəhim Hüseynov, Kazım Ələkbərov, Emin Salayev, Əməkdar Elm Xadimləri Cahangır Axundov, Zülfüqar Verdiyev, Məmmədəli Məmmədəliyev, Raul Qədimov, Ələddin Əsgərov, Bəhman Xəlilov və bir çox başqaları Azərbaycan elmini dünya səviyyəsinə qaldırmışlar.

Universitet respublikamızın aqrar sektorunu yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri ilə təmin edən yeganə dövlət ali təhsil müəssisəsidir.
1929-cu ildə sərbəst ali məktəb kimi formalaşdığı dövrün ilk aylarında bu ali tədris və qısa müddətdə görkəmli dövlət xadimi elm məbədinə Dadaş Bünyadzadə rəhbərlik etmişdir.
1918-ci il may ayının 28-də Tiflisdə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin yeni hökuməti paytaxt Gəncəyə köçən günü - yəni iyun ayının 17-də öz ilk yığıncağını hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar elm və təhsil muzeyinin yerləşdiyi binada keçirmişdir. ADR-in yarandığı ilk illərdə ölkənin kəskin tələbatı nəzərə alınaraq Azərbaycandan 100 nəfər istedadlı gənc dövlət hesabına xarici ölkələrə - Rusiya, Türkiyə, Almaniya, İtaliya, Fransa və digər ölkələrə təhsil almağa göndərilmişdir. Onların arasında aqrar təhsil alan Əhməd Rəcəbli və Hüseyn Nağıyev kimi gənclər də var idi ki, sonralar hərəsi bir sahədə məşhur alim kimi tanınmişdı. ADAU-nun tarixində özünəməxsus yeri olan pedaqoqlardan biri də Bəhram Abdinov olub. Respublikanın Əməkdar aqronomu olan bu məşhur ziyalı Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasında oxuduqdan sonra Almaniyanın Bonn şəhərində Kənd Təsərrüfatı Akademiyasını bitrmişdir.Bu alimlər sonralar Azərbaycanın müxtəlif ali məktəblərində, o cümlədən ADAU-da pedaqoq kimi çalışmışdır.

Bununla yanaşı, sonralar dünya şöhrətli akademiklər Yusif Məmmədəliyev, Çingiz Cuvarlı və Əlisöhbət Sumbatzadə bu akademiyada çalışmış, mütəxəssis hazırlığında böyük xidmət göstərmişlər.
İnstitut 1980-ci ildə «Şərəf Nişanı» ordeninə layiq görülüb.
17 iyun 1991-ci il tarixində institut Akademiya statusu almışdır.
Bu gün universitetin zəngin maddi-texniki bazası, muzeyi, əsaslı kitabxanası, redaksiya-nəşriyyat şöbəsi, mətbəəsi, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları, təmir emalatxanası, tədris-təcrübə tarlası və s. vardır.

Universitetin aqronomluq, aqrotexnologiya, zoobaytarlıq və əmtəəşünaslıq, informasiya texnologiyaları, aqromühəndislik və energetika, iqtisadiyyat fakültələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:
Torpaqşünaslıq və aqrokimya:
aqronomluq;
qida məhsullarının texnologiyası;
meşə və meşə ehtiyatlarının bərpası;
yerquruluşu və torpaq kadastrı, memarlıq;
ekologiya və təbiətdən istifadə;
zootexniklik;
baytarlıq;
əmtəəşünaslıq;
aqrar mühəndislik;
energetika və enerji maşınqayırması;
yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı;
maşınqayırma və material emalı;
standartlaşdırma və sertifikasiya;
ümumi iqtisadiyyat;
mühəndis iqtisadiyyatı və idarəetmə;
inzibati idarəetmə;
informasiya sistemləri;
dünya iqtisadiyyatı.

2005-ci ildən universitetdə alman proqramı ilə «aqrar menecment» ixtisası üzrə bakalavr təhsil pilləsində mütəxəssis hazırlanır.
Yarandığı gündən bu vaxtadək akademiyada 60 minə yaxın yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlanmışdır.
Akademiyanın məzunları arasında görkəmli alimlər, dövlət və ictimai xadimlər, parlament deputatları, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vardır.
Akademiyanın ABŞ, Fransa, Almaniya, İslandiya, Türkiyə, İran, Niderland, İspaniya, və MDB ölkələrinin ali kənd təsərrüfatı məktəbləri ilə tədris və elmi əlaqələri vardır.

2001-ci ilin aprel ayında tədris prosesində aparılan islahatlara, Avropa Şurasının tələblərinə uyğun təhsil proqramlarına və planlarına və digər yüksək göstəricilərə görə AKTA Fransa Respublikasının ən qədim tarixli (200 il) Sənayeyə Yardım Assosiasiyasının «Qızıl medalı» ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2009- cu il tarixli 53 saylı qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılmışdır.

Ərzaq mallarının keyfiyyətinə nəzarətin fiziki və kimyəvi üsulları

19.01.10

Ümumi fitopatologiya

19.01.10

Yeni Kitablarin Anonsu

Şirəli yem bitkiləri
Müəlliflər: H.S.Hümbətov, M.C.Şabanov, R.C.Verdiyeva
Vəsaitdən aqronomlar, fermerlər, yem istehsalı sahəsində çalışanlar və şirəli yem məhsulları istehsalı ilə maraqlanan hər bir oxucu faydalana bilər.
Yem otları
Müəlliflər: H.S.Hümbətov, A.R.Hüseynov
Vəsaitdən aqronomlar, fermerlər, zootexnuklər, yem istehsalı sahəsində çalışanlar, eləcə də yem məhsulları istehsalı ilə maraqlanan hər bir oxucu faydalana bilər.
Elektrotexnologiyanın əsasları
Müəllif: R.Ə.Səidov, İ.C.Kərimov, E.İ.Pərvərov, N.M.Bağırov