Qanun və Sərəncamlar
AZƏRBAYCAN DİLİNDƏ LATIN QRAFİKASI İLƏ KÜTLƏVİ NƏŞRLƏRİN HƏYATA KEÇİRİLMƏSİ HAQQINDA AZƏRBACAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının barpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında “ 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur.Bununla yanaşı, Azərbaycan ədəbiyyatı,mədəniyyəti və elminin vaxtilə kirli qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır.
Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılanana dilində dövlət qayğısının daha da artırılmasını təmin etmək,Azərbaycan ədəbiyyatı,mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kirli qrafikasında şap olunmuş əsərlərin latın qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram:
1. 2004-cü ildə latın qrafikası ilə mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq olunsun (siyahı əlavə olununr).
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının bütün kütləvi kitabxanalarına və orta tədris müəsissələrindəkikitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsait ayrılmasını təmin etsin.
3.Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, -Azərbaycan Respublikasının Təhsil Nazirliyi,Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-Azərbaycan Respublikasının Nazirlər Kabineti və respublikanın maliyyə qurumları ilə birlikdə müvafiq plan-qrafik tərtib edib latın qrafikası ilə yenidən nəşr olunması nəzərdə tutulan kitabların çapını təmin etsin;
-Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələri ilə yayılmasını,latın qrafikasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılmasını təmin etsin.
4.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasıınn Prezidenti.
Bakı şəhəri,12 yanvar 2004-cü il.







